• cümə axşamı, 25 aprel, 05:36
  • Baku Bakı 19°C

On bankın qorunan əmanətçilərinə 345 milyon 755 min manatdan artıq kompensasiya ödənilib

15.10.16 14:48 684
On bankın qorunan əmanətçilərinə 345 milyon 755 min manatdan artıq kompensasiya ödənilib
Oktyabrın 14-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 50 milyon 922 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 17 milyon 977 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması FondundanAZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 104 milyon 570 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 15 milyon 745 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 13 milyon 899 min manatı "Atrabank"ın, 1 milyon 846 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 038 min manatdan çoxdur.
Eyni zamanda, "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 80 milyon 399 min manat artıq kompensasiya ödənilib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 345 milyon 755 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
banner

Oxşar Xəbərlər