• cümə, 29 Mart, 15:10
  • Baku Bakı 14°C

On ayda rabitə xidmətlərinin dəyəri 16,1 faiz artıb

25.11.19 15:00 723
On ayda rabitə xidmətlərinin dəyəri 16,1 faiz artıb
Bu ilin yanvar-oktyabr ayıları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 776,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,7 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 737,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
banner

Oxşar Xəbərlər