• cümə, 29 Mart, 12:17
  • Baku Bakı 14°C

“OMERTA” filminin treyleri yayıldı - Video

17.08.18 14:35 1175
“OMERTA” filminin treyleri yayıldı - Video
Yeni mövsümdə triller janrında film çəkilir. Kinoteatr üçün nəzərdə tutulan filmin adı "OMERTA” adlanır.
Filmin rejissoru və ssenaristi Turəxanım Qasımlı bildirdi ki, filmin çəkilişləri üçün sponsor dəstəyinə ehtiyaclar var: "Hazırda dünyanın qlobal məsələlərinə toxunan "OMERTA” filmi dövrümüzün dörd bir tərəfinə geniş kütlə şəklində yayılmış terror, narkotik, silah alqı-satqısı, insan alveri, qadın-uşaq zorakılığı, bunun kimi dünyaya səs salan hadisələri və dövlət polislərinin bu iyrənclikləri təşkil edən böyük bir mafiya ilə kəskin mübarizəsini özündə əks etdirir. "OMERTA” – polislər tərəfindən mafiyanın şərəf kodeksi adlandırılan əməliyyat hesab olunur”.
Bu mübarizə keçmişə dayanan və illər sonra meydana gələn arzuların tam əksini ekranlara daşıyır. Filmin əsasını mümkünatı olmayan böyük bir məhəbbət təşkil edir, hansı ki həmin sevgi bu mafiyanı məhv edə biləcək qədər qüvvətlidir.
Qeyd edək ki, filmdə soyuq cinayətlər, küçə döyüşləri, satqınlıq, zorakılıq səhnələrinə yer verilib.
Filmdə operatorlar Məhəmməd İsmayılov, Mahir İbadov, montaj Mahir İbadov, aktyorlar Fuad Nəzərli, Asim Haşimli, Samirə Zeynalova, Yusif Bayramov, Ədalət Ağaverdizadə, Hüseyn Maqsudov, Nərmin Məhərrəmova, Qurban Əhmədov, İsmayıl Məmmədzadə, Doğancan Sengel, Hüseyin Telmanzadə, Günel Ağayeva, Cəlil Mirzə, Bəhram Afsalov Günay Pirizadə, Cəlal Cahangirov, Toğrul Məmmədzadə, Kamran Almazlı, İsmayıl Rəhmanov və başqaları iştirak edirlər.
banner

Oxşar Xəbərlər