• şənbə, 20 Aprel, 17:15
  • Baku Bakı 23°C

Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının Bakı Bəyannaməsi qəbul olunub

17.06.17 18:30 776
Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının Bakı Bəyannaməsi qəbul olunub
"Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi milli­ prioritetlər və əməkdaşlıq” mövzusundaOmbudsmanların XIV Bakı Beynəlxalq Konfransının Bakı Bəyannaməsi qəbul olunub.
"Report”un məlumatına görə, bəyannamədə qeyd olunub ki, insan hüquq və azadlıqlarına hörmət edilməsi və bu hüquq və azadlıqların təmin edilməsi dayanıqlı, inkişafın əsas şərti hesab edilir.
"Bu bəyannaməni qəbul edərək Ombudsman institutlarının, Milli İnsan Hüquqları təsisatlarının Dayanıqlı İnkişaf məqsədlərinin uğurla və hərtərəfli həyata keçirilməsində əvəzsiz rolunu nəzərə alaraq bu təsisatların ikitərəfli əsaslarla və ombudsmanların beynəlxalq təşkilatları çərçivəsində əməkdaşlığının gücləndirilməsinin, informasiya və təcrübə mübadiləsinin, müsbət təcrübənin yayılmasının zəruriliyini qeyd edirik", - deyə, Bakı Bəyannaməsində vurğulanıb.
Bununla daOmbudsmanların XIV Bakı Beynəlxalq Konfransı işini yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər