• cümə, 26 Aprel, 23:05
  • Baku Bakı 22°C

Ombudsmanlar Bakıya yığışdılar

18.06.13 09:47 1376
Ombudsmanlar Bakıya yığışdılar
Bu gün Bakıda İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə Ombidsman tərəfindən sayca on birinci olan "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu" mövzusuna həsr olunmuş Ombudsmanların növbəti ənənəvi Bakı Beynəlxalq konfransı keçirilir.
APA-nın xəbərinə görə, UNESCO-nun dəstəyi ilə təşkil olunan beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 10-dan artıq ölkəsindən 20-dən çox Ombudsman və onların nümayəndələri, o cümlədən Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Pakistan, Rusiya və subyektlərinin, habelə Moldova, Gürcüstan, Estoniya və digər ölkələrin təmsilçiləri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər. İyunun 20-dək davam edəcək konfransda 18 may-18 iyun tarixlərində respublikada keçirilmiş ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq.
Konfransında açılışında çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib ki, Azərbaycanda 18 iyun tarixi Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Onun sözlərinə görə, bu günədək Ombudsmanların Bakıda təşkil olunmuş 10 beynəlxalq konfransında 40-dan çox ölkənin ombudsmanları və əməkdaşları iştirak ediblər.
banner

Oxşar Xəbərlər