AZE | RUS | ENG |

Ombudsman: Soyqırımlarla bağlı sənədləri beynəlxalq aləmə təqdim etmək lazımdır

Ombudsman: Soyqırımlarla bağlı sənədləri beynəlxalq aləmə təqdim etmək lazımdır
"Böyük Ermənistan dövlətinin yaradılması ideyası bu gün də davam etdirilir".

Trend -in məlumatına görə, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq tələblərə əhəmiyyət verməyən Ermənistan təcavüzü davam etdirir: "Ümid edirəm ki, beynəlxalq aləm bunlara reaksiya verəcək və bu təcavüz yekunlaşacaq. İstər Xocalı soyqırımı, istərsə də 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım beynəlxalq aləm tərəfindən tanınmalıdır".

E.Süleymanova qeyd edib ki, son illərdə beynəlxalq birlik tərəfindən Azərbaycana göstərilən dəstəklərin sayının artması Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının çatdığını göstərir.

1918-ci il soyqırımının Azərbaycanın tarixinə qanlı səhifə kimi düşdüyünü deyən ombudsmanın sözlərinə görə, cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti, azərbaycanlılara qarşı törədilən soyqırımlarla bağlı sənədləri beynəlxalq aləmə təqdim etmək lazımdır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176