• cümə, 29 Mart, 13:51
  • Baku Bakı 14°C

Ombudsman: “Səsvermə ilə bağlı heç bir şikayət daxil olmayıb“

09.10.13 16:07 1242
Ombudsman: “Səsvermə ilə bağlı heç bir şikayət daxil olmayıb“
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinə (ombudsman) prezident seçkilərində səsvermə ilə bağlı heç bir şikayət və ya bu formada məlumat daxil olmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə ombudsman Elmira Süleymanova bildirib.
O qeyd edib ki, Bakının 11 rayonu üzrə 30 seçki məntəqəsində seçki prosesini izləyiblər: "Həmçinin telefon vasitəsilə respublikanın bütün bölgələri ilə əlaqələr saxlamışıq, əməkdaşlarımız ölkənin bütün bölgələri üzrə fəaliyyət göstərirlər.
Səsvermə ilə bağlı heç bir şikayət və ya bu formada məlumat daxil olmayıb. Şəxsən mən ayrı-ayrı namizədlərin nümayəndələri ilə də söhbətlər aparmışam. Onlar heç bir narahatlığın olmadığını bildiriblər".
Ombudsman əlavə edib ki, seçki prosesini izləyən beynəlxalq müşahidəçilərlə də söhbət aparıb. O qeyd edib ki, ATƏT-in müxtəlif qurumları, həmçinin ABŞ, İsveç, Pakistan və digər müxtəlif ölkələrin müşahidəçiləri seçkilərin yüksək səviyyədə keçirildiyini və bunun üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıblar:
"Onlar seçki ilə bağlı fikirlərini belə ifadə ediblər - "Azərbaycanın seçki prosesindən öyrənməli çox şey var"".
banner

Oxşar Xəbərlər