• çərşənbə axşamı, 16 aprel, 20:46
  • Baku Bakı 18°C

Ombudsman proqram tələbinin pozulmasına görə telekanalların cərimələnməsini istəyir

09.03.21 10:17 273
Ombudsman proqram tələbinin pozulmasına görə telekanalların cərimələnməsini istəyir
Ombudsman "Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinin (Proqrama verilən tələblər) tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətin müəyyən olunması və İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə müvafiq əlavələrin edilməsini təklif edib.
APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsi teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutur.

Hazırda bu maddənin tələbləri aşağıdakı hallara tətbiq olunur:
- nəzarət fonoqramlarının surətinin müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsi;
- insanların həyatı, sağlamlığı və ya yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayımlanmaması;
- ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunması;
- peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı qaydalarının pozulması;
- qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlamaması.
banner

Oxşar Xəbərlər