AZE | RUS | ENG |

Ombudsman MTN-in təcridxanasına baş çəkib

Ombudsman MTN-in təcridxanasına baş çəkib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyi Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına baxış keçirib


Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ombudsman orada saxlanılan şəxslərlə təkbətək görüşüb, onların saxlanılma şəraiti və vəziyyəti ilə tanış olub.

Görüş zamanı müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan şəxslər istintaq təcridxanasında saxlanılma şəraiti və rəftarla əlaqədar heç bir şikayətlərinin və narazılıqlarının olmadığını bildiriblər.

Müvəkkil baxışın nəticələrini Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəisi ilə müzakirə edib və öz tövsiyələrini verib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN