• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Ombudsman martın 7-də Milli Məclisdə son illik hesabatını təqdim edəcək

20.02.17 12:30 866
Ombudsman martın 7-də Milli Məclisdə son illik hesabatını təqdim edəcək
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın fəaliyyəti ilə bağlı illik hesabatının tarixi məlum olub.
Milli MəclisdənAPA-ya verilən məlumata görə, Ombudsman E. Süleymanova martın 7-də parlamentdə illik hesabatını təqdim edəcək.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna görə Ombudsman 7 ildən bir seçilir və bu ilin martında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır. Bu onun 7 illik səlahiyyət müddətinin sonuncu illik hesabatı olacaq.
E. Süleymanovanın növbəti müddət üçün namizədliyinin verilməyəcəyi bildirilir.
banner

Oxşar Xəbərlər