"Ombudsman Konstitusiya Məhkəməsinə Plenumun mütləq qüvvəsi olan 30 qərarı ilə bağlı müraciət edib”
"Konstitusiyaya edilən dəyişikliklərdən sonra Ombudsmana Azərbaycan Konstitusiya Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan çox səmərəli istifadə edir".
APA-nın xəbərinə görə, bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq KonfransındaKonstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
O bildirib ki,Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinin Plenumunun mütləq qüvvəsi olan 30-a yaxın qərarı ilə bağlı müraciətlər daxil olub. F. Abdullayev əlavə edib ki, bu müraciətlər hüququn müxtəlif sahələrinə aiddir.
"Hər bir dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunmasıdır ki, bu da Azərbaycan Konstitusiyasında əksini tapıb", - deyə F. Abdullayev vurğulayıb.