• çərşənbə, 24 Aprel, 01:56
  • Baku Bakı 14°C

Ombudsman dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsini təklif edir

09.03.21 11:40 331
Ombudsman dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsini təklif edir
"Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın təkmilləşdirilməsi, eyni zamanda dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edilir.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.
Sənəddə dispanser qeydiyyatı nəzərdə tutulan xəstəliklər üzrə dərman preparatlarının növlərinin artırılması və ya əvəzedicilərinin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın təkmilləşdirilməsi, eyni zamanda dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edilir.

banner

Oxşar Xəbərlər