• cümə, 29 Mart, 16:14
  • Baku Bakı 14°C

Ombudsman aparatının nümayəndələri döyüş bölgəsindəki hərbi hissədə olublar

22.05.19 12:38 293
Ombudsman aparatının nümayəndələri döyüş bölgəsindəki hərbi hissədə olublar
Azərbaycan Respublikası müdafiə nazirinin və insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) birgə təsdiq etdikləri plana əsasən, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə "Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda şəxsi heyətlə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, görüşdə Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Elmin Cəfərov insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.
banner

Oxşar Xəbərlər