• cümə axşamı, 25 aprel, 20:32
  • Baku Bakı 21°C

Ombudsman aparatının əməkdaşları Pərviz Həşimli ilə görüşdülər

25.09.13 16:25 1316
Ombudsman aparatının əməkdaşları Pərviz Həşimli ilə görüşdülər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri (MSY) və İstintaq Təcridxanasında (İT) saxlanılan «Bizim Yol» qəzetinin əməkdaşı Pərviz Həşimovla görüşüb, onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olublar.
Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Pərviz Həşimov saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib.
Söhbət zamanı P. Həşimov ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib. O, həmçinin bankda qohumunun adına girovda olan, idarə etdiyi avtomobilin qaytarılmasında və istədiyi qəzetlərlə təmin olunmasında kömək göstərilməsini xahiş edib.
P.Həşimovun hüquqlarını müdafiə edən vəkillə görüşə şəraitin yaradılması məsələsi araşdırılıb və bununla bağlı heç bir problemin olmadığı müəyyən edilib.
banner

Oxşar Xəbərlər