• şənbə, 27 Aprel, 01:22
  • Baku Bakı 14°C

Ombudsman Aparatı "COVİD-19" infeksiyasına qarşı mübarizə üzrə dəstək kampaniyasına qoşulub

22.03.20 20:35 889
Ombudsman Aparatı  "COVİD-19" infeksiyasına qarşı mübarizə üzrə dəstək kampaniyasına qoşulub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulur və bu ümummilli məsələdə dövlətin həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərini, atdığı qətiyyətli addımları dəstəkləyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30000 AZN məbləğində vəsait köçürür.
Həmçinin, bütün insanları infeksiyaya qarşı preventiv tədbirlərin şərtlərinə ciddi əməl etməyə cağırırıq. Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bu dövrdə xalqımız həmrəy olmalı, müvafiq göstəriş və tövsiyələrə tam riayət etməlidir.
banner

Oxşar Xəbərlər