• cümə, 29 Mart, 13:40
  • Baku Bakı 14°C

Ombudsman 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yayıb

17.03.17 17:59 949
Ombudsman 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yayıb.
Ombusdman Aparatının mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə "Böyük Ermənistan” dövləti yaratmaq olub. Bu qanlı faciələrin daha dəhşətlisi 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən soyqırımıdır və özünün ağır nəticələri ilə seçilir. Belə ki, 1917-ci il fevral və oktyabr inqilablarından məharətlə istifadə edən ermənilər öz çirkin iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar.
Qeyd edilib ki, 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, insanlar diri-diri yandırılmış, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb. Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Həmin soyqırımın davam etdiyi dövrdə ölkəmizin ərazisində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb.
1918-ci ilin mart hadisələrininermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi qiymətləndirilməsinin vacib olduğu vurğulanan bəyənatda daha sonra bildirilib ki, Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olanDağlıq Qarabağərazisini, eləcə də yeddi ətraf rayonu işğal etmiş, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilib, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulub.
Bəyanatın sonunda dünya birliyinə və beynəlxalq təşkilatlara çağırış edilərək bildirilib ki, 31 mart – Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib: "Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyi tələb edir, ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanırıq".
BəyanatBMT-nin baş katibinə,BMT-nin Təhlükəsizlik Şurasına,BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına,UNESCO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına,ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
banner

Oxşar Xəbərlər