• cümə, 19 Aprel, 14:48
  • Baku Bakı 25°C

Ombudsman 20 Yanvar hadisələri ilə bağlı silsilə tədbirlər keçirib

13.01.20 19:26 728
Ombudsman 20 Yanvar hadisələri ilə bağlı silsilə tədbirlər keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının regional mərkəzləri tərəfindən 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Quba rayonunun Qəçreş, Şəki rayonunun Şorsu kəndlərində, Naftalan şəhər 2 saylı orta məktəbdə, Xızı şəhər tam orta məktəbdə, Qusar şəhər 6 saylı tam orta məktəbdə, Oğuz şəhər 1 saylı tam orta məktəbdə və Cəlilabad şəhər 8 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin mahiyyətindən, həmin dövrdə cərəyan edən proseslərdən, hadisəyə siyasi-hüquqi qiymət verilməsindən bəhs edilib. Qeyd olunub ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet ordusu hissələrinin həyata keçirdiyi hərbi təcavüz nəticəsində paytaxt Bakıda və rayonlarda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.
Tədbirlərdə törədilmiş qırğının insanlıq əleyhinə cinayət olduğu, faciəyə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Ulu öndərin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edilib, Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub.
Çıxışlarda Azərbaycan xalqına qarşı törədilmiş qanlı yanvar hadisələrinin günahkarlarının cəzalandırılmasının zəruriliyi vurğulanıb.
banner

Oxşar Xəbərlər