• şənbə, 20 Aprel, 05:59
  • Baku Bakı 15°C

Oğlunu Ronaldo ilə tanış etdi

09.09.19 12:00 671
Oğlunu Ronaldo ilə tanış etdi
Serbiya yığmasının futbolçusu Nemanya Matiç oğlunu Kriştiano Ronaldo ilə tanış edib.
Kaspi.az xəbər verir ki, tanışlıq Avropa çempionatının seçmə mərhələsində keçirilən Serbiya-Portuqaliya qarşılaşmasından sonra olub. Ronaldo paltardəyişmə otağından çıxarkən Matiç portuqal futbolçuya yaxınlaşıb və oğlunun onunla tanış olmaq istədiyini deyib.
Matiçin oğlu Ronaldo ilə görüşə dostu ilə gəlib. Portuqal futbolçu uşaqların arzusunu böyük məmnuniyyətlə yerinə yetirib.
Portuqaliya Serbiyaya 4:2 hesabı ilə qalib gəlib. Portuqalların 3-cü qolunu Ronaldo vurub.
banner

Oxşar Xəbərlər