• cümə axşamı, 25 aprel, 15:07
  • Baku Bakı 23°C

Oğlunu öldürmək istəyən 78 yaşlı ataya hökm oxunub

27.12.13 16:17 967
Oğlunu öldürmək istəyən 78 yaşlı ataya hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu öldürməyə cəhddə təqsirləndirilən 78 yaşlı Əbülfəz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Əliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sumqayıt şəhər 4-cü məhəllə ev 18 ünvanında yaşayan 78 yaşlı Əbülfəz Əliyev yaşadıqları evdə oğlu 33 yaşlı Arzu Əliyevi ölümcül bıçaqlayıb .Yaralı Arzu dərhal xəstəxanaya aparılıb və əməliyyat olunub. İlkin ifadəsində 78 yaşlı kişi oğlunu onu təhqir etdiyi üçün bıçaqladığını deyib.
O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə əsasən ittiham edilib.
banner

Oxşar Xəbərlər