• cümə, 19 Aprel, 17:02
  • Baku Bakı 25°C

Oğlu Musa Yaqubun səhhətindən danışdı

15.06.13 09:47 1532
Oğlu Musa Yaqubun səhhətindən danışdı
“Hazırda atamın İsmayıllıda olduğu doğrudur. Amma səhhətində heç bir problem yoxdur. Dünən bir yerdə olmuşuq, hər şey öz qaydasındadır. Musa Yaqubun səhhətinin pisləşməsi barədə xəbərlərin heç bir əsası yoxdur”.
Bu sözləri APA-ya Azərbaycan Yazıçılar Birliyinin üzvü, sabiq millət vəkili Musa Yaqubun oğlu Şəhriyar Yaqubov şairin səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Ş. Yaqubovun sözlərinə görə, şair hazırda istirahət edir: “On gün öncə qan təzyiqi qalxmışdı. Özünü bir balaca pis hiss etdi. Amma bu müvəqqəti idi. İndi özünü çox yaxşı hiss edir. Heç bir problemi yoxdur.”
banner

Oxşar Xəbərlər