• cümə, 19 Aprel, 21:33
  • Baku Bakı 24°C

Oğlu bıçaqlanan ata qatil oldu

10.06.13 15:03 1464
Oğlu bıçaqlanan ata qatil oldu
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, həmkəndlilər arasında baş verən mübahisə ölümlə nəticələnib. Hadisə Bərdə rayonu Nazırlı kəndində qeydə alınıb. Kənd sakinləri Orucov Sahib Dilən oğlu və Süleymanov Razil Nürəddin oğlu arasında baş verən dava Köhnə dəyirman adlanan yerdə olub. Mübahisə nəticəsində Orucov Sahib Süleymanov Razilə kürək nayihəsindən iki bıçaq vurub.
Dava zamanı olay yerində olan Razil Süleymanovun atası Nurəddin Süleymanov oğlunun bıçaqlandığını görərək, o da Sahib Orucovu ürək nayihəsindən bıçaqlayıb. Sahib Orucov aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. İki bıçaq yarası alan Razil Süleymanov Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.
Bərdə Rayon Prokurorluğunun müstəntiqi Bilal Məmmədovun sözlərinə görə, baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, ailələr arasında ədavətin hansı səbəbdən baş verməsi və hadisənin dəqiq təfərrüatları aparılan istintaq zamanı müəyyənləşdiriləcək.
banner

Oxşar Xəbərlər