AZE | RUS | ENG |

Olimpiya mükafatçımız zədələndi

Olimpiya mükafatçımız zədələndi
Martın 6-da Bakı İdman Sarayında boks üzrə “İpək Yolu” ənənəvi beynəlxalq turnirə start veriləcək. Lent.az-ın məlumatına görə, 5 gün davam edəcək yarışda 11 ölkənin idmançıları mübarizə aparacaqlar. Azərbaycan boksçuları ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Fransa, Özbəkistan, Türkmənistan, İran, Rusiya, Türkiyə, Ukrayna və Qətərin dəri əlcək ustaları öz bacarıqlarını nümayiş etdirəcəklər. Komandamız yarışdan əvvəl Qazaxıstan və Gürcüstan boksçuları ilə birgə Lənkəranda təlim-məşq toplanışında olublar. Bu dəfə millimizin heyətində bütün adlı-sanlı idmançıların çıxış etməsi gözlənilir. Dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, London olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev kimi idmançılar yarışa qatılacaqlar. Avropa çempionu, London olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov bu yaxınlarda Qazaxıstanda keçirilən turnirdə qolundan zədə aldığından o, yarışı kənardan izləyəcək. “İpək yolu” turnirinin final döyüşləri martın 10-u saat 14:00-da başlayacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775