• çərşənbə axşamı, 19 mart, 06:31
  • Baku Bakı 8°C

"Olimpiya" manifesti auksiona çıxarılıb

15.12.19 12:20 535
"Olimpiya" manifesti auksiona çıxarılıb
Müasir Oyunların banisi Pyer de Kubertenin "Olimpiya" manifesti "Sotheby" auksionunda satışa çıxarılıb.
Trend-in məlumatına görə, ilkin qiymət olaraq manifest 500 min dollara dəyərləndirilib. Auksion 18 dekabrda başlanacaq.
Pyer de Kuberten məşhur manifestini 1889-cu ildə qələmə alıb. Müasir Olimpiya Oyunlarının əsasları izah edilən 14 vərəqdə, Kuberten "Millətlər arasında mübarizə ancaq idmanda olmalıdır" fikrini təkid edir.
P.Kuberten, Olimpiya Oyunlarının dirçəldilməsinin təşəbbüskarı, Oyunların gerbinin, habelə "Daha sürətli, daha yüksək, daha güclü" şüarının müəllifidir. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Olimpiya Oyunları zamanı nəciblik və ruh sədaqəti nümayiş etdirənlərə təqdim edilən xüsusi mükafat onun şərəfinə adlandırılıb.
banner

Oxşar Xəbərlər