• cümə, 19 Aprel, 05:15
  • Baku Bakı 18°C

Olimpiya çempionu YAP-a üzv oldu

01.08.13 15:32 1301
Olimpiya çempionu YAP-a üzv oldu
Avqustun 1-də Gəncə şəhərində YAP Gəncə şəhər təşkilatının VIII konfransı keçirilib.
Konfransda növbəti 5 il üçün şəhər təşkilatının şura və idarə heyətinin üzvləri, eyni zamanda sədr müavinləri də yekdilliklə seçilib.
YAP-ın sədr müavini Əli Əhmədov yığıncaqda Olimpiya çempionu Toğrul Əsgərova partiya biletini təqdim edib.
Əli Əhmədov YAP Gəncə şəhər Təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edib. Partiyanın sosial bazasının möhkəmləndirilməsi işinin daim diqqətdə saxlanılmalı olmasını, hər bir ərazi partiya təşkilatının fəaliyyətində Ulu öndər Heydər Əliyevin qayğıkeşliyi, tələbkarlığı prinsiplərinə ciddi əməl edilməsinin vacibliyini vurğulayıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq YAP Gəncə şəhər təşkilatına yeni sədr seçilən Naqif Həmzəyevi təbrik edib. Onun gənc olmasına baxmayaraq, qabilliyyəti və bacarığı hesabına işinin öhdəsindən layiqincə gələcəyinə əminlik ifadə edib.
Daha sonra konfransın partiyanın sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xatırladaq ki, YAP Gəncə şəhər təşkilatı hazırda 246 ərazi ilk partiya təşkilatında 26 min 774 nəfər üzvü birləşdirir.
banner

Oxşar Xəbərlər