Olimpiya çempionu Putini zədələdi
Rusiya
prezidenti Vladimir Putin cüdo məşqi zamanı barmağını zədələyib.
Kaspi.az xəbər
verir ki, Putin Soçidə Suriya məsələsi ilə bağlı keçirilən sammitdən sonra
idmançılarla görüşüb. O, güləşçilər, boksçular və cüdoçularla söhbət edib.
Bundan sonra
Rusiya prezidenti özü də kimono geyinərək cüdoçularla məşq edib. O, olimpiya
çempionu Beslan Mudranovla məşq edərkən, barmağını zədələyib.
Putinə ilkin
tibbi yardım göstərildikdən sonra o, məşqi davam etdirib.