• cümə, 29 Mart, 11:32
  • Baku Bakı 5°C

Olimpiya çempionu dopinq qaçaqmalçılığında ittiham olunur

19.12.17 14:10 1926
Olimpiya çempionu dopinq qaçaqmalçılığında ittiham olunur
ABŞ-ın məşhur atleti, olimpiya çempionu Castin Qetlin dopinq qaçaqmalçılığında ittiham edilir.
Kaspi.az xəbər verir ki, bunu jurnalistlər üzə çıxarıblar. Bir müddət əvvəl jurnalistlər Castinin təlim-məşq bazasına gediblər. Onlar özlərini prodüser kompaniyasının əməkdaşları kimi təqdim edərək, aktyorların iş qabiliyyətini artırmaq üçün preparat tapmaqda kömək istəyiblər.
Castinin komandasının üzvləri bu preparatı saxta ad altında tapa biləcəklərini vəd ediblər. Jurnalistlər Castinin məşqçisi Mitçel və agenti Vaqnerlə də söhbət ediblər.
Söhbət əsnasında, onlar bildiriblər ki, yüngül atletikada hələ də dopinqdən geniş istifadə olunur. Məşqçi bildirib ki, Qetlin də dopinqdən istifadə edib.
Jurnalistlər bütün danışıqları yazıblar. Material dərc olunduqdan sonra idmançı günahsız olduğunu və məşqçisi ilə yolları ayırdığını bildirib.
Qetlin 2004-cü ildə olimpiya çempionu olub. O, 3 qat dünya çempionudur. İdmançı 2001 və 2006-cı ildə dopinqdən istifadəyə görə cəzalanıb.
Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası məsələ ilə bağlı araşdırmalara başlayıb.
banner

Oxşar Xəbərlər