Olimpiadanın ilk turunun nəticələri açıqlanıb
Lütfi Zadə adına Məktəblilərarası IV
Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb.
Olimpiadanın məktəbdaxili mərhələsində
Bakı şəhəri üzrə 321 məktəbdən 15 minə yaxın şagird iştirak edib.
Nəticələrə əsasən, 1621 məktəbli
18 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə
qazanıb. Bilik yarışının ilk turunda
şagirdlər1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi
təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar.
Olimpiadanın
final mərhələsinin may ayı ərzində təşkil olunması nəzərdə tutulub. Final
mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür
nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas
məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara
beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak
təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən
şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının
artırılmasından ibarətdir.