• şənbə, 20 Aprel, 04:20
  • Baku Bakı 15°C

Olimpiadanı keçirməyə 7 ölkə namizəddir

04.04.18 10:25 647
Olimpiadanı keçirməyə 7 ölkə namizəddir
2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin adları açıqlanıb.
Kaspi.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin açıqladığı siyahıda 7 ölkə var. Kanada (Kalqari), Avstriya (Qrats), İtaliya (Kortina-Dampetso, Turin, Milan), Yaponiya (Sapporo), İsveç (Stokholm), İsveçrə (Syon), Türkiyə (Ərzurum) olimpiadaya ev sahibliyi etməyə iddialıdır.
2026-cı ildə keçiriləcək olimpiadanı qəbul edəcək ölkənin adı 2019-cu ilin sentyabrında açıqlanacaq. İndiyə qədər İtaliya, İsveçrə, Kanada və Yaponiya iki dəfə qış oyunlarına ev sahibliyi edib.
Avstriya bir dəfə buna nail olubsa, İsveç və Türkiyə hələ ev sahibi olmayıb.
banner

Oxşar Xəbərlər