Olimpiada Alp dağlarında olacaq

Olimpiada Alp dağlarında olacaq

İdman
25 İyun 2019, 10:37 263
2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhər bəlli olub. 
 
Kaspi.az xəbər verir ki, İtaliyanın Milan şəhəri (Kortino-d Ampetso) olimpiya oyunlarına ev sahibliyi edəcək. Bu barədə qərar BOK-un Lozannada keçirilən 134-cü sessiyasında verilib. 
 
Milanın rəqibi İsveçin paytaxtı Stokholm olub. Kortino-d Ampetso 1956-cı ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib. 
 
2026-cı ildə qış olimpiadası 6-26 fevralda keçiriləcək.