• cümə, 29 Mart, 03:51
  • Baku Bakı 7°C

“Oldboy” Park Cinema-da

02.12.13 14:16 1494
“Oldboy” Park Cinema-da
Rejissor Spayk Linin yeni “Oldboy” adlı filmi ekranlara çıxıb. Amerikalı rejissor Cənubi Koreyalı rejissor Pak Çxan Ukanın 2003-cü ildə çəkdiyi “Oldboy” (2003) trillerini yenidən lentə alıb. Baş rol isə aktyor Coş Brolinə həvalə olunub.
Bu film 20 il həbsdə yatan O-De-Su adlı biznesmenin başına gələnləri nəql edir. Həbsdə ikən həyat yoldaşının qətli və qızının oğurlanması haqqında xəbəri eşidən bu şəxs azadlığa çıxdıqda düşmənlərindən qisas almağa başlayır.
“Oldboy” emosional cəhətdən ağır və təsirli kinodur. Rejissorun savadlı və orijinal işi, tamamlanmış süjet xətti göz önündədir. Filmi Cənubi Koreya kinematoqrafının ən yaxşı filmlərindən biri, rejissoru isə perspektivli və qeyri-ordinar adlandırmaq olar.
Çünki o, təəccübləndirdi, düşündürdü və şok yaşada bildi.
Orijinal versiyaya müdaxilə etmək istəməyən Stiven Spilberq layihədə iştirakdan imtina edib. Eyni səbəbdən də Kolin Fert və Klayv Ouen filmdə çəkilməyiblər. Lakin Spayk Li cəsarət göstərərək bu rola razılıq verib.
Bu məşhur qisas əhvalatını yenidən lentə almaq nə dərəcədə uğurlu alınıb? Bunu Park Cinema şəbəkəsində görmək olar.
banner

Oxşar Xəbərlər