“Old Trafford”u böyüdürlər
"Mançester Yunayted” rəhbərliyi "Old Trafford” stadionunda
rekonstruksiya işləri aparmaq niyyətindədir.
Kaspi.az xəbər verir ki, rəhbərlik stadionun tutumunu artırmağı
planlaşdırır. Yenidənqurma işləri zamanı arenanın Bobbi Çarlton tribunası
böyüdüləcək.
Tribuna genişləndirildikdən sonra stadionun tutumu 13 min artaraq, 88
min olacaq. Hazırda "Old Trafford”un azarkeş tutumu 75 mindi.