• cümə axşamı, 25 aprel, 16:24
  • Baku Bakı 23°C

“Old Trafford”da yatan azarkeşin başına gələnlər

17.04.18 13:20 915
“Old Trafford”da yatan azarkeşin başına gələnlər
"Mançester Yunayted” Premyer-Liqanın 34-cü turunda öz meydanında "Vest Bromviç”ə 0:1 hesabı ilə məğlub oldu.
Kaspi.az xəbər verir ki, Joze Mourinyonun komandasının oyunu o qədər cansıxıcı olub ki, bəzi fanatlar darıxdığından yatıb. Hətta "Old Trafford”da yatanlar da olub.
MY-nin darıxdırıcı oyunundan bezən azarkeşlər "Old Trafford”un tribunasında yatan şəxslə zarafatlaşmağa üstünlük veriblər. Onlar yatmış azarkeşin başına bir neçə kofe qabları düzüblər.
MY-nin "Vest Bromviç”ə məğlub olması əzəli rəqib "Mançester Siti”nin çempionluğu rəsmiləşdirməsinə şərait yaradıb
banner

Oxşar Xəbərlər