• şənbə, 27 Aprel, 09:02
  • Baku Bakı 12°C

Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında yağış yağacaq

29.10.19 15:30 3129
Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında yağış yağacaq
Ölkə ərazisində oktyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAZƏRTAC-a verilən məlumata görə, Bakıda vəAbşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 19-22° isti, Bakıda gecə 12-14°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət gecə 75-88, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-12°, gündüz 20-25° isti, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 30-da Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
banner

Oxşar Xəbərlər