• cümə axşamı, 28 mart, 16:15
  • Baku Bakı 16°C

Oktyabrın 17-dən Fransa paytaxtında və bölgələrdə komendant saatı tətbiq ediləcək

15.10.20 10:00 384
Oktyabrın 17-dən Fransa paytaxtında və bölgələrdə komendant saatı tətbiq ediləcək
Fransada paytaxt Paris də daxil olmaqla, Lill, Marsel, Tuluza, Ruane, Sent-Etien, Monpele, Grenoble və Lyonda COVID-19-la əlaqədar bu həftənin şənbə günündən komendant saatı tətbiq olunacaq.
APARİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanul Makron yerli televiziyaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, komendant saatı oktyabrın 17-dən etibarən saat 21.00-dan 06.00-a qədər qüvvədə olacaq: Komendant rejimi dörd həftə davam edəcək. Komendant saatının pozulmasına görə 135 avro cərimə tətbiq ediləcək. Təkrar qaydanı pozanlar üçün 1,5 min avro cərimə nəzərdə tutulub. Mənə elə gəlir ki, bunun lazımi təsiri olacaq”.
Makron, eyni zamanda ölkədə epidemioloji vəziyyətə nəzarətin itirilmədiyini vurğulayaraq, koronavirusun ikinci dalğasının başladığını bildirib.
banner

Oxşar Xəbərlər