• çərşənbə axşamı, 19 mart, 09:05
  • Baku Bakı 8°C

Oktyabrda Azərbaycana alıcı missiyası təşkil olunacaq

23.08.19 21:45 6166
Oktyabrda Azərbaycana alıcı missiyası təşkil olunacaq
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) oktyabrın 20-25-də Rusiya bazarında fəaliyyət göstərən şirkətlər üçün ölkəmizə alıcı missiyası təşkil edir.
AZƏRTACxəbər verir ki, missiya şərab və spirtli içki sahələrini əhatə edir. Alıcı missiyasına 10 alıcı daxil ola bilər. Missiyada iştirak edən alıcılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Alıcı missiyasının (yerləşdirmə, beynəlxalq hava nəqliyyatı və daxili nəqliyyat (taksilər istisna olmaqla)) iştirakı ilə bağlı xərclər İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
banner

Oxşar Xəbərlər