• cümə axşamı, 18 aprel, 15:09
  • Baku Bakı 22°C

Oktyabrda 14 nəfər dəm qazından zəhərlənib

31.10.13 13:31 1051
Oktyabrda 14 nəfər dəm qazından zəhərlənib
“Oktyabrda 14 nəfər dəm qazından zəhərlənib. Onların vəziyyəti orta ağır olub. Həmin şəxslər bir və ya iki gün xəstəxanada qaldıqdan sonra evə buraxılıblar”. Bunu Lent.az-a Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Şöbə müdiri onu da vurğulayıb k, həftənin ilk günündən etibarən dəm qazı zəhərlənməsi ilə bağlı 3 nəfər müraciət edib.
A. Maqsudov deyib ki, oktyabr ayı ərzində 13 halda dərmanın əlavə təsiri kimi allergik reaksiya olub: “Əslində bu, dərmanların keyfiyyətsizliyindən baş verməyib. Bu hadisə bədənin dərmanlara həssas olmağından meydana gəlib”.
Şöbə müdiri onu da vurğulayıb ki, müayinə və digər tədbirlər görüləndən sonra zəhərlənənlər evə buraxılıblar.
“Alkoqol sərxoşluğu ilə bağlı hər gün olmasa da, 2 gündən bir müraciətlər olur. Bu müraciətlər əsasən gecə saatlarında qeydə alınır”-deyə, Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov vurğulayıb.
banner

Oxşar Xəbərlər