AZE | RUS | ENG |

Oktay Hacıyevin yaradıcılıq gecəsi keçirilib

Oktay Hacıyevin yaradıcılıq gecəsi keçirilib
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinin solisti, unudulmaz Xan Şuşinskinin sonuncu tələbəsi Oktay Hacıyevin yaradıcılığına həsr olunmuş gecə keçirilib.

Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində həyata keçirilib.

Gecənin əvvəlində Oktay Hacıyevin öz ifasında "Qara tellər” xalq mahnısı səsləndi.

Sonra gecənin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və xanəndənin dostu, şair Ağakərim Nafis Oktay Hacıyevin həyat yolu və yaradıcılığından onun ecazkar sənəti haqqında danışdılar.

Tədbirin bədii hissəsində Xalq artisti Zümrüd Məmmədova, V.Mustafazadə adına "Sevil” vokal ansamblı, Şəhla Ələsgərovanın bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun xoru, xanəndələr Abgül Mirzəliyev, Türkay Məlikova, Elay Xasıyev, Məftun Məmmədli, Könül Məmmədli, Almaxanım Əhmədli, Elgiz Əliyev, Seymur Məmmədov, müğənnilər Sədaqət Ulduz, Nicat Cəfərzadə, Oktay Hacıyevin ifa etdiyi xalq və bəstəkar mahnılarını ifa etdilər. İfaçıları Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edirdi.

Tədbir böyük maraqla qarşılandı və sürəkli alqışlarla sona çatdı.

Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir. Dekabrın 5-də saat 19:00-da Muğam Mərkəzində keçirilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni "Söz” adlı ədəbi layihəsinin ilk tədbiri Molla Pənah Vaqifin poeziyasına həsr olunacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157