• şənbə, 20 Aprel, 08:22
  • Baku Bakı 14°C

Oksana Rəsulova ərəb rəqsi oynayanları “yıxıb-sürüdü“

07.02.14 18:25 3146
Oksana Rəsulova ərəb rəqsi oynayanları “yıxıb-sürüdü“
Rəqqasə Oksana Rəsulova ərəb rəqsi oynayan həmkarlarının ünvanına sərt sözlər deyib.
Axşam.az-ın məlumatına görə, sənətçi bu rəqs növünə insanların pis yanaşdığını bildirib:
“Bəzi ərəb rəqsi oynayanlar onu o qədər ucuzlaşdırıblar ki, insanların bu işə qarşı fikri dəyişib. Hamı ərəb rəqsi oynayana pis baxır. Bu rəqs də bir incəsənət növüdür, gözəl sənətdir. Amma onu vulqar şəkildə təqdim edirlər. İndi açıq-saçıqlığa görə buna üstünlük verirlər. Ən çox pulu da ərəb rəqsi oynayana verirlər. Mənə çox vaxt deyirlər ki, hind rəqsi ilə qabağa gedə bilməyəcəksən. Amma onlara göstərəcəm ki, mən istedadımla necə irəliləyirəm", - o əlavə edib.
banner

Oxşar Xəbərlər