• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

Odlu silahla zorakılıq ABŞ-a hər il 229 milyard dollar zərər vurur

19.09.19 15:00 581
Odlu silahla zorakılıq ABŞ-a hər il 229 milyard dollar zərər vurur
Odlu silah tətbiq etməklə zorakılıq halları ABŞ-a hər il 229 milyard dollar, yaxud ümumi daxili məhsulun 1,4 faizi həcmində zərər vurur. BU məlumat Nümayəndələr Palatasının Nyu-Yorkdan olan üzvü Kerolin Meloninin 56 səhifəlik hesabatında yer alıb.
AZƏRTACxəbər verir ki, hesabatda bu maliyyə zərərinə itirilmiş gəlirlər və qurbanların, işəgötürənlərin xərcləri, müalicə, habelə polis əməliyyatları və cinayət-hüquq tədbirləri nəticəsində meydana çıxan iqtisadi itkilər aid edilib. Bununla yanaşı, zərərlərə dolayısı ilə təsir edən amillər sırasında ağrıları və psixoloji gərginlik nəticəsində həyat şəraitinin pisləşməsi də var. Sənəddə qeyd olunur ki, 2017-ci ildə odlu silah tətbiq edilməsi nəticəsində 39 773 nəfər qətlə yetirilib ki, bu da son 40 ildə ən yüksək göstəricidir. Hesabatın Konqresdə təqdimatı zamanı çıxış edən Meloni qeyd edib: "Odlu silah tətbiq edilməsi nəticəsində zorakılıq hallarından danışanda unutmaq olmaz ki, ən böyük və faciəli olan insanların qətlə yetirilməsidir. Hesab edirəm ki, Konqres ölkədə odlu silahla zorakılıq hallarının qarşısını almaq üçün öz köməyini göstərməlidir”.
Demokratların adından hazırlanmış hesabat ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi və Hiffords Hüquq Mərkəzinin məlumatlarına əsaslanır. Sənəddə odlu silah tətbiq edilməsi nəticəsində zorakılıq hallarının vurduğu zərər ölkənin ştatları üzrə bölünüb. Məlumatlara görə, amerikalılar başqa yüksək gəliri olan ölkələrin vətəndaşları ilə müqayisədə odlu silahla zorakılıq hallarından 25 dəfə daha çox ölürlər. Bu halların hər üçündən ikisi isə odlu silahla intihardır. Odlu silah tətbiqi ilə zorakılıqdın ən çox zərər görən isə Kaliforniya ştatı (18 milyard dollar) olub. Qeyd olunur ki, bu əyalətdə hər üç saatdan bir odlu silahla qətl hadisəsi baş verir. Luiziana ştatı isə bu hallardan adambaşına düşən zərərin miqdarına görə "lider” mövqedədir (adambaşına 1173 dollar). Ən aşağı göstərici ilə Havay adalarındadır. Burada adambaşına cəmi 179 dollar zərər düşür. Odlu silahla zorakılıq hallarının vurduğu zərər əhalinin gəlirləri və sayı nisbətinə görə ən çox Alabama, Arkanzas, Luiziana, Missisipi və Qərbi Virciniya ştatlarında qeydə alınıb.
Son illər ABŞ-da odlu silahla zorakılıq halları getdikcə artmaqdadır. Əsas problem ondadır ki, bu ölkədə silahların sərbəst satışını dəstəkləyən siyasi lobbi və ABŞ Milli Atıcılıq Mərkəzi kimi təşkilatlar qanunverici orqana seçkilər zamanı milyardlarla dollar pul xərcləyərək silah alveri və zorakılıq hallarına rəvac verirlər.
banner

Oxşar Xəbərlər