• cümə, 19 Aprel, 17:42
  • Baku Bakı 25°C

Odessada 3 günlük matəm: 41 ölü, 174 yaralı! - Videolar

03.05.14 08:09 1236
Odessada 3 günlük matəm: 41 ölü, 174 yaralı! - Videolar
UNİAN agentliyinin verdiyi xəbərə görə, 77 nəfər xəstəxanaya yerləşdirilib, 25 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
"Tibb işçiləri hazırda gücləndirilmiş iş rejiminə keçərək şəhərin bütün xəstəxanalarında zərərçəkənlərə yardım göstərirlər”, - Odessa şəhər meriyasının yaydığı açıqlamada deyilir.
Qeyd edək ki, son hadisələrlə bağlı Odessada 3 günlük matəm elan olunub. Matəm günləri şəhərdə dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər və idman yarışları keçirilməyəcək.
"RBK-Ukraynanın" xəbərinə görə, "Maydan” tərəfdarları dörd saatlıq küçə toqquşmalarından sonra Rusiya yönümlü rəqiblərinin qurduqları düşərgəyə od vurublar. Buna cavab olaraq ikincilər Həmkarlar İttifaqı Evini zəbt ediblər. Bundan sonra "Maydan”çılar yandırıcı maye ilə dolu şüşə qabları binaya atmağa başlayıblar. Nəticədə onlarla insan özlərini pəncərədən ataraq və yaxud tüstüdən boğularaq ölüb./apa/


banner

Oxşar Xəbərlər