• cümə, 26 Aprel, 07:32
  • Baku Bakı 12°C

Odessa da qarışdı, ölən və yaralananlar var

02.05.14 18:59 1059
Odessa da qarışdı, ölən və yaralananlar var
Odessanın mərkəzində “Bütöv Ukrayna” və RF-in tərəfdarları arasında toqquşma baş verir.
Anspress xəbər verir ki, Odessanın Sobor meydanından “Çernomorets”(Odessa) və “Metallist”(Xarkov) futbol klubunun fanatları, adi vətəndaşlar və sevimli futbol klublarının paltarlarını geyinən fanatlar, əllərində Ukrayna bayraqları ilə Taras Şevçenko parkı yaxınlığındakı “Çernomorets” stadionuna axışırlar.
Ukraynanın dövlət himnini oxuyan insanlara stadionun Aleksandrovka prospekti tərəfindən maskalı və əllərində dəyənək olan bir qrup gənc hücum edib. Onların məqsədi fanatların təşkil etdiyi “Bütöv Ukraina marşı”na mane olmaqdır.
Bundan sonra isə adamların içərisinə səsli qumbaralar atılıb, nəticədə azarkeşlər arasında çaşqınlıq yaranıb. Stadionda olan 1000-dən artıq azarkeş səkilərdəki plitələri sındıraraq, özlərini qoruyurlar. Stadiondan partlayış və güllə səsləri gəlir. Ərazi tüstü içərisindədir. Stadiondan “Ukrayna!”, “Ukraynaya eşq olsun!” kimi səslər eşidilir. Artıq zərəçəkənlər var. Təcili yardım maşınları yaralanmış azarkeşləri kütlənin içərisindən çıxararaq, xəstəxanalara aparır.
Hazırda Odessa vilayətinin Daxili İşlər Nazirliyi baş idarəsinin təhlükəsizlik üzrə rəisi Dmitri Fuçedji hadisə yerindədir.
Hadisə zamanı bir nəfərin öldüyü, çoxsaylı insanların isə yaralandığı deyilir.
Odessada separatçılarla "Bütöv Ukrayna" tərəfdaşları arasındakı toqquşmaların ərazisi böyüyür.
Son məlumatlara görə, artıq qarşıdurma "Qorodskoy sad" rayonunun Deribass, Preobrajenskaya küçələrinə və Qreçeskaya, Bunina, Aleksandrovskaya prospekti və vitse-admiral Jukov prospektinə də keçib. Separatçılar və terrorçular travmatik silahlarla silahlanıblar. Hadisə şahidlərinin sözlərinə görə, terrorçuların əllərində Kalaşnikov avtomatları, dəyənək və Molotov kokteylləri də var.
Odessanın mərkəzində park edilmiş avtomobillərin də şüşələri sındırılaraq sıradan çıxarılır. "Bütöv Ukrayna"nın tərəfdaşları olan insanlar isə ancaq səki daşları ilə silahlanıblar. Özlərini atılan güllələrdən müdafiə etmək üçün onlar küçədəki zibil yeşiklərinin qapaqlarından və metal hasarların hissələrindən sipər kimi istifadə edirlər.
banner

Oxşar Xəbərlər