• şənbə, 20 Aprel, 20:34
  • Baku Bakı 24°C

Obameyanq dünyanın ən zəif futbolçusudur?

06.12.17 13:10 3065
Obameyanq dünyanın ən zəif futbolçusudur?
Dortmund "Borusssiya”sının baş məşqçisi Peter Boş Pyer-Emerik Obameyanqın qışda komandanı tərk etmə ehtimalından danışıb.
Kaspi.az xəbər verir ki, mətbuatda Obameyanqın qışda "Borussiya”nı tərk edərək, "Real”a keçəcəyi bildirilir. Qabonlu futbolçunun komanda yoldaşları ilə münasibətlərinin yaxşı olmadığı deyilir. Peter Boş hücumçü ilə vidalaşmaq istəmədiyini vurğulayıb:
"Obameyanq dünyanın ən pis futbolçusudur. O, çox zəifdir. Əlbəttə, zarafat edirəm. Ümid edirəm ki, o, "Real”a keçməyəcək.
Pyer digər futbolçulardan fərqlənir. Onda "Real”lın oyun fəlsəfəsinə uyğun gələn keyfiyyətlər var. Amma ümid edirəm ki, o, "Borussiya”da qalacaq”.
banner

Oxşar Xəbərlər