• cümə, 19 Aprel, 19:28
  • Baku Bakı 24°C

Obama Rusiyanı cəzalandırdı - Fərman

04.04.14 08:15 1060
Obama Rusiyanı cəzalandırdı - Fərman
ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatası tərəfindən qəbul olunan və Ukraynadakı böhrana görə günahkar güman edilən şəxslərə qarşı sanksiyaların dəstəklənməsi və Ukraynaya yardım göstərilməsi haqqında fərman imzalayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Cey Karni bildirib.
Qanun Ukraynaya 1 mlrd dollar məbləğində kreditin və 150 mln dollar məbləğində dərhal yardımın ayrılmasını nəzərdə tutur. Obama həmçinin Rusiyaya qarşı 2 mərhələli sanksiyaların tətbiq olunması haqqında fərman imzalayıb.
Obama həmçinin Ukrayna və yaxın ölkələrə yayımlanan ABŞ dövlət KİV-lərinin maliyyələşməsini nəzərdə tutan qanun imzalayıb.
banner

Oxşar Xəbərlər