• cümə axşamı, 25 aprel, 21:15
  • Baku Bakı 21°C

Obama rusiyalıları 9 May Qələbə günü münasibəti ilə təbrik edib

08.05.15 06:54 807
Obama rusiyalıları 9 May Qələbə günü münasibəti ilə təbrik edib
ABŞ prezidenti Barak Obama rusiyalıları 9 May Qələbə günü münasibəti ilə təbrik edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Obamanın təbrikini Rusiyanın Vaşinqtondakı səfirliyində Ağ evin Rusiya üzrə baş məsləhətçisi Selest Uollander səsləndirib.
“İstəməzdim ki, kimsə düşünsün ki, amerikalılar üçün ABŞ və Rusiya xalqlarının İkinci Dünya müharibəsində qələbə qazanması ilə bağlı xatirələr dəyərli deyil”, - deyə o vurğulayıb.
S. Uollander qeyd edib ki, hazırda Rusiya-ABŞ münasibətləri çətin dövr yaşayır. Onun sözlərinə görə, Obama ziddiyyətli və mübahisəli məsələlərdə Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıdır.
banner

Oxşar Xəbərlər