• şənbə, 27 Aprel, 08:52
  • Baku Bakı 12°C

Obama qəzəbləndi: “İslam Dövləti”nin dinlə heç bir əlaqəsi yoxdur”

21.08.14 10:15 962
Obama qəzəbləndi: “İslam Dövləti”nin dinlə heç bir əlaqəsi yoxdur”
ABŞ prezidenti Barak Obama amerikalı jurnalist Cim Foulinin “İslam Dövləti” (keçmiş "İraq və Şam İslam Dövləti") terror qruplaşması tərəfindən edam edilməsi ilə bağlı sərt bəyanatla çıxış edib.
APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, Obama qeyd edib ki, “Islam Dövləti”nin dinlə heç bir əlaqəsi yoxdur.
“Onların məhv etdikləri insanların əksəriyyəti müsəlmanlardı. İnanıram ki, belə təşkilatları iflas gözləyir. XXI əsrdə “Islam Dövləti” kimi terror təşkilatına yer yoxdur”, deyə Obama bildirib.
Həmçinin, Obama ABŞ vətəndaşlarını qorumağı və ekstremistlərlə mübarizənin davam edəcəyini vəd edib.
Xatırladaq ki, “İslam Dövləti”nin yaraqlıları 2012-ci ildə oğurlanan amerikalı jurnalist Cim Foulini edam edib. Terrorçular ABŞ-dan öz qoşunlarını İraqdan çıxarmağı tələb ediblər. Əks halda onlar, 2013-cü ildə Liviyada girov götürülən daha bir jurnalist Coel Sotloffu da edam edəcəklərini bildiriblər.
banner

Oxşar Xəbərlər