• cümə, 29 Mart, 12:57
  • Baku Bakı 14°C

Obama Putinlə görüşəcək

27.08.13 07:51 1231
Obama Putinlə görüşəcək
Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Ağ evin rəsmi nümayəndəsi Cey Karni brifinqdə bəyan edib.
"Rusiya - qəbul edən tərəfdir, sammit G20 Sankt-Peterburqda keçiriləcək. Buna görə də onlar, əlbəttə, görüşəcəklər," - Karni deyib.
Ağ ev nümayəndəsi görüşün formatını açıqlamayıb. Əvvəllər o, qeyd edib ki, ikitərəfli danışıqlar planlaşdırılmır.
Obama Rusiya ilə sentyabrda Moskvada hazırlanan ikitərəfli sammiti ləğv edib. Ağ ev bu ləğvi bununla əsaslandırıb ki, bir sıra məsələlər üzrə Rusiya ilə münasibətlərdə, raket əleyhinə müdafiədə, silahlanma üzərində nəzarət də daxil olmaqla və Edvard Snoudenin işində irəliləyiş yoxdur.
Kreml bu qərardan məyus olduğunu bildirib, lakin Obama üçün Rusiya paytaxtına səfər dəvəti qüvvədə qalır.
G20-nin sammiti sentyabrın 5-6-də Peterburqda keçiriləcək.
banner

Oxşar Xəbərlər