• cümə axşamı, 25 aprel, 10:40
  • Baku Bakı 14°C

Obama kubalı qaçqınlara yaşayış hüququnun verilməsini ləğv edib

13.01.17 10:45 904
Obama kubalı qaçqınlara yaşayış hüququnun verilməsini ləğv edib
ABŞ administrasiyası ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tutan siyasətdən vaz keçib.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Barak Obamanın bəyanatında bildirilir.
"Qərar dərhal qüvvəyə minir, bu səbəbdən ABŞ-a qeyri-qanuni daxil olmağa cəhd edən və humanitar yardıma iddia edə bilməyən Kuba vətəndaşları qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılacaqlar”, - deyə bəyanatda qeyd olunur.
Prezident kubalı qeyri-qanuni miqrantlarla digər ölkələrdən gələn qaçqınlar kimi davranılacağını qeyd edib. Onun sözlərinə görə, Kuba hökuməti geri qaytarılan şəxsləri qəbul etməyə razılıq verib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-da "yaş ayaq – quru ayaq” siyasəti tətbiq edilib. Bu siyasət ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tuturdu.
banner

Oxşar Xəbərlər