• şənbə, 20 Aprel, 12:03
  • Baku Bakı 23°C

Obama Azərbaycana yeni səfir göndərir

09.07.14 10:58 918
Obama Azərbaycana yeni səfir göndərir
APA-nın məlumatına görə, ABŞ prezidenti Barak Obama Azərbaycana yeni səfir kimi Robert Cekutanın namizədliyini irəli sürüb.
Robert Cekuta Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu katibinin müşaviri vəzifəsində çalışır. O, müxtəlif illərdə ABŞ-ın Kabil, Berlin və Tokioda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində müxtəlif postlarda çalışıb. R.Cekutanın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.
Qeyd edək ki, 2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Riçard Morninqstarın səlahiyyət müddəti bu yay başa çatır.
banner

Oxşar Xəbərlər