• cümə, 19 Aprel, 20:29
  • Baku Bakı 24°C

O, zədələndiyi üçün Azərbaycandan qovulduğunu deyir

03.10.13 09:06 1191
O, zədələndiyi üçün Azərbaycandan qovulduğunu deyir

Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi hələ “Olimpik-Şüvəlan” adlandığı vaxt heyətinə qatdığı belaruslu legioneri zədələndiyi üçün komandadan xaric edib.
Bunu hazırda vətənində “Torpedo-BelAZ” klubunda çıxış edən yarımmüdafiəçinin özü açıqlayıb. Vaskov “Pressbol” saytına açıqlamasında təmsilçimizin ona müalicə üçün vaxt vermək əvəzinə qovduğunu bildirib: “Komandamız ölkə xaricinə təlim-məşq toplanışına yollandığı vaxt mən zədələndim. Baş məşqçimiz Sergey Qurenko ora mənsiz gedəcəklərini dedi. Müalicəmə nə qədər lazımdırsa, o qədər vaxt verdilər. Bunun üçün Qurenkoya təşəkkür edirəm. Azərbaycanda eyni halla üzləşdiyim vaxt məni oradan qovmuşdular. Bakıda isə “Olimpik”lə icarə müqaviləsi imzalamışdım”.
Qeyd edək ki, Vaskov 2009/10 mövsümündə Premyer Liqada 12 oyun keçirib.
banner

Oxşar Xəbərlər