• şənbə, 20 Aprel, 18:54
  • Baku Bakı 24°C

O, zədələndi, “Borussiya” 10 milyon itirdi

19.09.17 14:15 1568
O, zədələndi, “Borussiya” 10 milyon itirdi
"Barselona”nın futbolçusu Osman Dembelenin ağır zədələnməsi Dortmund "Borussiya”sını olduqca məyus edib.
Kaspi.az xəbər verir ki, Dembelenin zədələnməsi "Borussiya”nı maddi cəhətdən xeyli geri salacaq. Hüçumçu Dortmund klubundan "Barsa”ya 105 milyon avroya transfer edilib.
Bunun üzərinə müxtəlif bonuslar vasitəsilə daha 43 milyon avro əlavə edilə bilər. O cümlədən, futbolçu mövsüm ərzində 50 oyunda iştirak etsəydi, "Borussiya” 10 milyon avro qazanacaqdı.
Ancaq Dembelenin zədələnməsindən sonra bunun baş verməyəcəyi dəqiqləşib. Hücumçu ən azı 4 aylığa sıradan çıxıb.
Dembele "Xetafe” ilə oyunda zədələnib.
banner

Oxşar Xəbərlər